İstehsal prosesinizi CNC bıçaqları ilə optimallaşdırın!

Askar Metal, sənayenin tələblərinə uyğun yüksək keyfiyyətli CNC bıçaqlarının istehsalında ixtisaslaşmış yeni və dinamik bir şirkətdir. Xüsusi texnologiyamız və dəqiqliklə işləyərək, müştərilərimizin istehsal proseslərini optimallaşdırmağa kömək edirik.

Yenilik və dəqiqlik: CNC istehsalında yeni dövr

Askar Metal, qlobal bazarda tanınmış Sandvik, Kennametal və ISCAR kimi şirkətlərin qabaqcıl texnoloji təcrübələrindən ilham alaraq, CNC bıçaqları istehsalında yeni və dinamik bir yanaşmanı təmsil edir. Biz, CNC frezə, tornalama və digər dəzgah əməliyyatlarında istifadə olunan yüksək dəqiqlikli bıçaqlarımızla, xaricdən idxal etməkdən daha sərfəli şərtlərlə, yerli bazarda etibarlı alternativ təqdim edirik. Topdan sifariş imkanı ilə müştərilərimizin istehsal proseslərini optimallaşdıraraq, rəqabət üstünlüyünü artırmağa yönəldilmiş həllər yaradırıq.

CNC bıçaqlarımızla tanış olun!

İstehsal proseslərində qarşılaşdığınız ölçü, dəqiqlik və səth keyfiyyəti problemlərini necə aradan qaldırmaq olar? Biz bu sualın cavabını təqdim edirik: Askar Metal, müxtəlif materialların işlənməsinə imkan verən, hər bir istehsal növünə uyğun CNC bıçaqları təklif edir. Hər bir məhsulumuz istehsal mərhələsində yaranan çətinlikləri effektiv şəkildə həll etmək üçün hazırlanıb.

Frezə:

Frezə bıçaqları, metal, plastik, ağac və digər materialları dəqiq şəkildə kəsmək və emal etmək üçün alətlərdir.

Ətraflı bax
Drel:

Dəqiq və səmərəli dəlik açma əməliyyatları üçün nəzərdə tutulub. Bu ucluqların fərqli iş şərtlərinə uyğun müxtəlif növləri mövcuddur.

Ətraflı bax
Rayba:

Əvvəlcədən deşilmiş və ya qazılmış dəliklərin ölçüsünü dəqiqləşdirmək və məhsulun səthini hamarlaşdırmaq üçün istifadə edilir.

Ətraflı bax
Karbid:

Karbid frezə (ve ya karbür), sərt və davamlı materiallardan, xüsusən də karbid (tungsten karbür və ya digər metal karbidlər) materiallardan hazırlanmış frezə tipidir.

Ətraflı bax
Gear Hob:

Dişləmə əməliyyatlarında istifadə olunan, xüsusi dizayn edilmiş kəsmə alətləridir. Gear hoblar vasitəsilə çox sərt materiallarda işləmək olur.

Ətraflı bax
Klavuz:

İstehsal zamanı iş parçasının müəyyən bir istiqamətdə hərəkətini və mövqeyini dəstəkləyir. Bu alət, müxtəlif növ maşınlarda istifadə oluna bilər.

Ətraflı bax

Proseslərinizi qabaqcıl CNC həlləri ilə yenidən qurun!

Askar Metal-in qabaqcıl CNC bıçaqları ilə, istehsal proseslərinizdə dəqiqlik və səmərəliliyi artırın. Daha ətraflı məlumat və xüsusi həllər üçün bizimlə əlaqə saxlayın.